Seks işçiliyi sahəsində çalışan insanlar üçün, “seks işi” termininin istifadəsi əmək nöqteyi-nəzərindən ödənişli cinsi xidmət məsələsini müzakirəyə açmışdır. “Seks işi” termini əmək haqqı qarşılığında müxtəlif formalarda seksuallıq sahəsində çalışan insanları əhatə edir və seks işini xidmət sektorunun bir qolu hesab edilir. Azərbaycanda seks işçiliyi ilə bağlı qəbul edilən qanunlar havada qaldığı üçün seks işçilərinə polislərin müdaxilələri, LGBTQ+ ovları, dövlət basğıları dəfələrlə yaşanmış haldır. Öncədən məlumatlandırmaq istəyirəm ki, bu epizodda narahatedici hallar barəsində danışılacaq. Əgeər xəbərdarsınızsa, davam edə bilərik. Bu epizodun qonağı Sənandır.
Отзывы