2 Jul 2022 02:26

LGBTQ jurnalistika və azad media | Sevgi İsmayılbəyli & Əli Məlikov

Bir müddətdir sosial mediada, xüsusən azad media nümayəndələri tərəfindən danışılan "Media Haqqında qanun" 08 fevral .2022 tarixindən etibarən rəsmi olaraq qüvvəyə mindi. Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinə əsaslanaraq Kütləvi informasiya vasitələri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə kütləvi informasiya vasitələrinin əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları artıq konkret şəkildə dövlət maraqlarına uyğun bir şəkildə formalaşdırılmağa cəhd ediləcək. Belə ki, artıq jurnalistlər gizli çəkilişləri “günahkarların” icazəsi olmadan paylaşa bilməyəcək, küçədə baş verənləri, bölmələrdə qadınları öldürən polislərin kefi istəməsə, çəkə bilməyəcək və s. Bu epizodda mediada LGBTQ təmsilçiliyi ve kuir jurnalist olmaq haqda Sevgi ilə danışacağıq.

Отзывы


Podcastly – лучшая платформа для любителей подкастов. Более 10 миллионов аудио контента доступных на Android/iOS/Web/Desktop и Telegram.